RU

Azərbaycan kubokunun finalı bu stadionda olacaq

“Qarabağ”ın vingeri Leandro Andrade Çempionlar Liqasının əsas mərhələsinin ilk turunda Lissabonda “Benfika”ya 3:2 hesabı ilə qalib gəldikləri oyunla bağlı danışıb.

Tribunainfo.az  UEFA-ya istinadən xəbər verir ki, kabo-verdeli yarımmüdafiəçi görüşün çətinliyindən bəhs edib: “Başlanğıc bizim üçün çətin oldu, lakin oyun irəlilədikcə qabiliyyətimizə inamımızı heç vaxt itirmədik. Biz geri dönüş sayəsində qələbə qazandıq. Bunun həyəcanverici bir təcrübə olacağını əvvəlcədən bilirdim, amma yekun nəticə günü daha da yaxşılaşdırdı. Uşaq vaxtı stadiona hər dəfə gedib qol vuranda və ya tribunadan oyunlara baxanda bu barədə düşünməyə çalışırdım. Ona görə çətin olsa belə buna inanmaq lazımdır”.

Portuqaliyadakı görüşdə “Qarabağ”ın ilk qolunun müəllifi olan Andrade öncədən xal qazana biləcəklərinə inanırmış: “Oyun çətin keçdi. “Benfika” çox yaxşı komandadır. Bu cür mübarizədə nəyəsə nail olmağın bizə çətinliklə başa gələcəyini bilirdik. Futbolda 2:0 hesabı çox təhlükəlidir, çünki qarşı tərəf hesabı 2:1-ə çatdırmağı bacarırsa, bu, inamınızı tamamilə məhv edir. Məhz belə oldu. Ayağa qalxıb oyundan-oyuna irəliləmək istəyirik. Evimizə xalla qayıda biləcəyimizə inanaraq “Estadio da Luj”a yollanmışdıq”.

Избранный
19
tribunainfo.az

1Источники