Azərbaycanla Belarus arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, sənaye, əczaçılıq, kənd təsərrüfatı və s. sahələrdə əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.
İqtisadiyyat Nazirliyindən Operativ Media-ya verilən məlumata görə, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Belarus Respublikasının sənaye nazirinin müavini Denis Bakeylə görüşüb.
Görüşdə qarşılıqlı hörmət və etibarlı tərəfdaşlıq prinsiplərinə əsaslanan Azərbaycan-Belarus münasibətlərinin inkişaf etdiyi vurğulanıb, iqtisadi əlaqələrin perspektiv istiqamətləri barədə müzakirə aparılıb. Azərbaycanla Belarus arasında iqtisadi-ticarət tərəfdaşlığının gücləndirilməsi, sənaye, əczaçılıq, kənd təsərrüfatı və s. sahələrdə əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.
Tərəflər əməkdaşlığın müxtəlif istiqamətlər üzrə genişləndirilməsi imkanlarını nəzərdən keçiriblər.