BAKI, 17 sentyabr. TELEQRAF
“Milyarder Corc Soros bütün dünyada etiraz aksiyalarının təşkilinə və bir sıra ölkələrdə “arzuolunmaz rejimlər”i devirməyə cəhdə görə məsuliyyət daşımalıdır”.
Teleqraf xəbər verir ki, bunu ABŞ Nümayəndələr Palatasının keçmiş üzvü Sintiya Makkinni deyib.
“Ümid edirəm ki, Sorosla bağlı aparılan istintaq onun məsuliyyətə cəlb edilməsinə imkan verəcək. Çünki o, miqrasiyanı silaha çevirib. Soros ABŞ-dəki bütün siyasi proseslərdən istifadə edərək onu o həddə çatdırıb ki, insanlar ölkədə real ictimai rəyin nə olduğunu tam anlamırlar. Soros xaosun ustasıdır”, - keçmiş konqresmen bildirib.
Makkinni qeyd edib ki, Soros bir neçə ölkədə siyasi qüvvələri demokratik yolla seçilmiş hökumətləri devirməyə məcbur edib, o, buna görə də cəzalandırılmalıdır.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp bundan əvvəl Corc Sorosun məsuliyyətə cəlb edilməli olduğunu açıqlamışdı. Amerika lideri artıq bununla bağlı araşdırmanın aparıldığını söyləmişdi.