RU

Lavrov: Ukraynadakı sülhməramlılar Rusiya hərbçiləri üçün qanuni hədəf olacaq

ABŞ administrasiyası Kiyevin NATO-ya cəlb edilməsi də daxil olmaqla, Ukrayna münaqişəsinin əsas səbəblərini aradan qaldırmağın zəruriliyini anlayır.

Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

Onun sözlərinə görə, amerikalılar başa düşürlər ki, Krım, Donbass və Novorossiya sakinləri heç vaxt indiki Kiyev hakimiyyətinin boyunduruğu altında yaşamayacaqlar: "ABŞ Ukraynada insan hüquqlarının pozulmasının qəbuledilməz olduğunu başa düşür”.

Sergey Lavrov deyib ki, Avropa və Kiyev Trampı sülhməramlı səylərdən əl çəkməyə və Ukrayna nizamlanmasını pozmağa məcbur etməyə çalışır.

O, Avropa liderlərini heç bir şeyə cavabdeh olmayan, lakin özlərini böyük fiqur kimi göstərməyi sevən İlf və Petrovun qəhrəmanları ilə müqayisə edib.

Lavrov xatırladıb ki, Ukrayna ərazisindəki sülhməramlılar mahiyyətdə "işğal qoşunları”dır və Rusiya hərbçiləri üçün qanuni hədəf olacaqlar.
 
 

Избранный
34
7
7news.az

8Источники