Bu ilin yanvar-iyul aylarında Bakının ictimai iaşə dövriyyəsinin həcmi 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 15,4 faiz artaraq 1 007,1 milyon manat olub.
Bakı Şəhər Statistika İdarəsinin məlumatına görə, hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 584,2 milyon manat olub ki, bu da ümumi dövriyyənin 58 faizini təşkil edib.