RU

Azərbaycan UEFA iclasında Rusiyanın yarışlara qayıdışı təklifini dəstəkləməyib – AFFA

Bakı. Trend:

Azərbaycanın Rusiya millisi və klublarının beynəlxalqturnirlərdə iştirakının bərpasını dəstəkləməsi ilə bağlı məlumatlarhəqiqəti əks etdirmir.

Bu barədə Trend-ə AFFA-dan məlumat verilib.

Bildirilib ki, UEFA-dan hər hansı müraciət daxil olmayıb.

“UEFA İcraiyyə Komitəsi Rusiyanın Avropa turnirlərinəqaytarılması ilə bağlı mövqeyimizi bildirməyimiz üçün bizə müraciətetməyib. Bu kimi qərarlar quruma üzv ölkələr səviyyəsində yox, UEFAİcraiyyə Komitəsi səviyyəsində qəbul olunur. Azərbaycan UEFAİcraiyyə Komitəsində təmsil olunmur”, - deyə məlumatda qeydedilib.

Qeyd edək ki, Rusiya mətbuatında UEFA-nın Albaniyada keçiriləniclasında Azərbaycanın Rusiya millisi və klublarının beynəlxalqturnirlərdə iştirakının bərpa edilməsini dəstəklədiyi ilə bağlıməlumatlar yayılıb. Bildirilib ki, Azərbaycanla yanaşı, Qazaxıstan,Bolqarıstan, Serbiya, Bosniya və Herseqovina, Yunanıstan vəMacarıstan bu təklifə tərəfdar çıxıblar.

Məqalədə:
Избранный
25
1
az.trend.az

2Источники