RU

Avropa İttifaqının genişlənmə məsələləri üzrə Komissarı Azərbaycana gəlir

Sentyabrın 18-də Avropa İttifaqının genişlənmə məsələləri üzrə Komissar Marta Kos Bakıya səfər edəcək.

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyindən Moderator.az-a verilən xəbərə görə, səfər Ermənistan-Azərbaycan sülh prosesinin həlledici məqamına təsadüf edir və regional inkişafa konkret töhfə olaraq Aİ-nin Regionlararası Əlaqələr Gündəliyini təqdim etmək imkanı yaradacaq.

Bundan əlavə, Komissar Kos Azərbaycan hakimiyyəti ilə ortaq strateji maraqları, o cümlədən enerji, nəqliyyat və minalar əleyhinə mübarizə məsələlərini müzakirə edəcək.

Marta Kos Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xarici işlər naziri Ceyhun Bayramov və iqtisadiyyat naziri Mikayıl Cabbarov ilə yüksək səviyyəli görüşlər keçirəcək.

Komissar həm də Ağdama səfər edəcək və orada minatəmizləmə fəaliyyəti ilə məşğul olan nümayəndələrlə görüşəcək.

Избранный
4
19
moderator.az

10Источники