"Qalatasaray" klubu sabah Çempionlar Liqasının Liqa mərhələsində "Ayntraxt" klubu ilə qarşılaşacaq.

Offsideplus.az xəbər verir ki, "sarı-qırmızılar" bu gün Almaniyaya yollanacaq. 

İstanbul təmsilçisində görüş öncəsi əsas sual Viktor Osimhenin oynayıb-oynamayacağı idi. Nigeriyalı hücumçu heyətə daxil edilməyib.

Onun zədəsi ciddi olmasa da, məşqçilər heyəti riskə getmək istəməyib.

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.