Azərbaycan Kubokunda 2025/26 mövsümünün püşkatma mərasimi keçirilib.
Demokrat.az xəbər verir ki, püşkatma mərasimdə təsnifat mərhələlərində qarşılaşacaq cütlüklər də müəyyənləşib.
Qeyd edək ki, Azərbaycan kubokunda 34 komanda iştirak edəcək. 1/4 finala qədər oyunlar bir mərhələdən ibarət olacaq. Daha sonra ev-səfər prinsipi tətbiq olunacaq.
I təsnifat mərhələsi "Dinamo" - "Kür-Araz" "Göygöl" - "Şəmkir" "Şəki City" - "Araz Saatlı" "Qaradağ-Lökbatan" -"Ağdaş" "Quba" - "Xankəndi"