RU

MEDİA nın könüllülük proqramı uğurla yekunlaşıb FOTOLAR

Cebheinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin növbəti könüllülük proqramı uğurla yekunlaşıb.

Cari ilin aprel–iyul aylarını əhatə edən könüllülük proqramı gənclərin bilik və bacarıqlarını inkişaf etdirməsi, sosial layihələrə fəal qoşulması və media sahəsində praktiki təcrübə toplaması üçün geniş imkanlar yaradıb. Könüllülər müxtəlif təlimlərdə, yerli və beynəlxalq tədbirlərdə təmsil olunub, eyni zamanda Agentlik tərəfindən həyata keçirilən “Media savadlılığı” həftəsinin və 3-cü Şuşa Qlobal Media Forumunun təşkilində iştirak ediblər.

MEDİA könüllüləri ilə görüş keçirən Agentliyin İcraçı direktoru Əhməd İsmayılov könüllülərin fəaliyyətini yüksək qiymətləndirərək gənclərin təşəbbüskarlığı və məsuliyyətli yanaşmasının proqramın uğurla yekunlaşmasında mühüm rol oynadığını qeyd edib. O, MEDİA könüllülərinin xüsusilə 3-cü Şuşa Qlobal Media Forumundakı rolundan, göstərdikləri yaradıcı yanaşma və komanda ruhundan bəhs edib

Sonda “MEDİA könüllüləri” Proqramını müvəffəqiyyətlə başa vuran 60-a yaxın gəncə sertifikatlar təqdim olunub.

"Cebheinfo.az" 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
16
20
cebheinfo.az

10Источники