RU

Ürəyindən bıçaqlanaraq öldürülən şagirdin fotosu

Xəbər verdiyimiz kimi, ötən gün Cəlilabad rayonunun Xəlilabad kəndində 17 yaşlı S.Ə. sinif yoldaşı, yaşıdı K.İ.-yə bıçaqla xəsarət yetirib.

Ağır yaralanan yeniyetmə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

"Cebheinfo.az" xəbər verir  ki, İTV-yə danışan Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının həkimi bildirib ki, Kənan Əhəd oğlu İmanzadə döş qəfəsinin sol yarısının kəsilmiş-deşilmiş boşluğa keçən yarası ilə xəstəxanaya qəbul olunub.

“Xəstəyə baxıldı və təcili əməliyyata salındı. Torakotomiya olunduqdan sonra ürəyinin sağ mədəciyinin kəsilmiş-deşilmiş yarası, ürəyin tamponadası aşkarlandı. Ürək yarası tikildi. Aparılan reanimasyon tədbirlərə baxmayaraq, ölüm halı qeydə alındı”, - deyə həkim əlavə edib.

Daha ətraflı videomaterialda:

Избранный
36
11
cebheinfo.az

10Источники