RU

İranda lokal etirazlar başlayıb

İranda son günlər dövlətə bağlı müəssisələrin işçilərinin kütləvi etirazları start götürüb.

Tribunainfo.az xəbər verir ki, artıq bir neçə şəhərdə fəhələlər maaşlarının verilməməsi, iş şəraitlərinin yaxşılaşdırılmasını tələb etməyə başlayıblar.

Qeyd edək ki, Ərak şəhərində fəaliyyət göstərən Alminium Zavodunun 4000 işçisi tətil edir. Onların bir qismi aclıq aksiyasına başlayıb.

Bundan başqa İranın İzə şəhərinin bələdiyyə işçiləri maaşlarının verilməməsi səbəbindən etiraz aksiyası keçiriblər. Belə ki, onlar üç aydır maaşlarını ala bilmədiklərini qeyd edib, borclarının bağlanmasını tələb ediblər.

Əhvaz şəhərində yerləşən poladəritmə zavodunun işçiləri də 4 gündür davamlı etiraz aksiyası keçirirlər. Aksiya iştirakçıları iki aydır maaşlarının verilməməsinə, işçilərin əlavə iş vaxtının artırılmasına, yeməklərinin kəsilməsinə, işlədiyi illərdəki işlərinin ağır və zərərli peşə kimi qeydə alınmamasına etiraz edirlər.

Bu əsnada, İranda əhalini kütləvi etiraza çağıran bəyanatlar da yayılmaqdadır. Ötən gün ölkənin 140 fəalı və təşkilatı bəyanat yayaraq, əhalini molla rejiminə qarşı etiraza səsləyiblər. Onlar bildiriblər ki, bu aksiya sonuncu olmalı və rejimə son zərbəni vurmalıdır.

Tribunainfo.az xəbər verir ki, İran Müəllimlərin Həmkarlar İttifaqı Koordinasiya Şurasının keçirdiyi toplantısına isə basqın edilib. Ölkənin ən böyük təşkilatlarından biri olan İttifaqın iclasına basqaın edən ETTELAT məmurları, onların bir neçəsini həbs ediblər.

Məlumatlara görə, Müəllimlərin Həmkarlar İttifaqı müəllimlərin mövcud durumunu dəyərləndirərək, aksiya qərarı vermək üçün toplantı keçirirmişlər.

Fərda Uğur

Избранный
37
1
tribunainfo.az

2Источники