RU

Nazir Rəşad Nəbiyev Oğuzda vətəndaşları qəbul edəcək

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev 26 sentyabr 2025-ci il tarixində saat 10:00-da Oğuz şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Şəki, Qəbələ və Oğuz rayonlarının sakinlərini qəbul edəcək.

Bu barədə "APA-Economics"ə Nazirlikdən bildirilib.

Nazir bu bölgələrdə göstərilən nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri sahəsində əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşları dinləyəcək.

Qəbula 25 sentyabr 2025-ci il tarixinə qədər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Çağrı mərkəzi (1655) və elektron poçtu ([email protected]), 010 250 48 48 və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə yazılmaq mümkündür.

Избранный
29
6
apa.az

10Источники