RU

Məktəbdə biabırçılıq – Şagird dərsdə canlı yayım açdı, söyüş söydü + VİDEO

Tərtər rayonunda narahatlıq doğuran hadisə baş verib.

Yenisabah.az xəbər verir ki, rayonun 2 saylı orta məktəbində təhsil alan Ömər adlı şagird dərs zamanı mobil telefon vasitəsilə “TikTok” sosial şəbəkəsində canlı yayım açıb.
Eyni zamanda, şagird canlı yayım zamanı söyüşlü ifadələr işlədib. Görüntülərdən uşağın azyaşlı olduğu məlumdur. Canlı yayımda o, parta yoldaşının dərsə qulaq asmasına da mane olur və bunu izləyicilərə göstərir. pizza
Bu hal canlı yayıma qoşulan izləyicilərin də diqqətindən yayınmayıb və sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Hər kəs valideynlərin və məktəb rəhbərliyinin şagirdlərin sosial şəbəkələrdən istifadəsinə nəzarəti artırmasının vacibliyi vurğulayıb.
Qeyd edək ki, bu kimi hallar təkcə məktəb nizam-intizamına deyil, həm də uşaqların gələcək tərbiyəsinə mənfi təsir göstərir. Bu səbəbdən həm məktəb, həm də ailə daxilində maarifləndirici tədbirlərin görülməsi zəruridir.

Избранный
18
8
yenilik.az

9Источники