RU

Avrozonada avqust ayı üçün olan inflyasiya göstəriciləri açıqlanıb

Bakı. Trend:

Avrozona ölkələrində avqust ayında istehlak qiymətləri illikifadədə 2% artıb

Trend xəbər verirki, bu barədə Avropa İttifaqının statistika idarəsi "Eurostat"hesabat dərc edib.

Hesabata əsasən keçən ay ərzində ərzaq məhsulları, spirtliiçkilər və tütün məmulatlarının qiymət artımı illik ifadədə 3,2%-əqədər yavaşlayıb, iyulda bu göstərici 3,3% idi; xidmətlərin qiymətiisə 3,1%-ə qədər azalıb (öncəki ay bu göstərici 3,2% olub). Sənayeməhsullarının qiyməti iyulda olduğu kimi 0,8% artıb, enerjidaşıyıcıları isə 2% ucuzlaşıb (iyulda bu göstərici 2,4% olub).

Ərzaq məhsulları və enerji daşıyıcılarının qiymətini nəzərəalmadan istehlak qiymətlərinin artımı (CPI Core indeksi) avqustdaillik ifadədə 2,3% səviyyəsində qalıb və bu ardıcıl olaraq dördüncüay davam edib.

Избранный
45
az.trend.az

1Источники