RU

İsveç müdafiə xərclərini artırır

İsveç 2026-cı il üçün müdafiə büdcəsini 18 faiz artıraraq 26,6 milyard İsveç kronuna (təxminən 2,87 milyard ABŞ dolları) yüksəldəcək.

Bu artım, İsveçin “Soyuq müharibə”dən bəri müdafiə sahəsində etdiyi ən genişmiqyaslı sərmayə kimi qiymətləndirilir.

"Cebheinfo.az" xəbər verir ki, hökumətin açıqlamasına görə, müdafiə xərclərinin 2026-cı ildə ümumi daxili məhsulun 2,8 faizinə, 2028-ci ildə 3,1 faizinə və 2030-cu ilə qədər isə 3,5 faizinə çatdırılması hədəflənir. Yeni ayrılan vəsaitin 10 milyard kronu hərbi müdafiəyə yönəldiləcək, avadanlıq və obyektlər üçün ayrılan büdcə də artırılacaq.

2026-cı ildə yeni hava hücumundan müdafiə sistemləri, raket topları, döyüş gəmiləri, taktiki nəqliyyat təyyarələri və uzaq mənzilli hücum qabiliyyəti də daxil olmaqla böyük miqyaslı alışlar planlaşdırılır. Hökumət 2026-cı ildən etibarən əsgərlər və zabit namizədləri üçün ödənişlərin artırılmasını, Müdafiə Çağırış və Qiymətləndirmə Agentliyinin imkanlarının gücləndirilməsini də təklif edir.

Избранный
31
cebheinfo.az

1Источники