RU

Buxarestdə Heydər Əliyev Xiyabanında yenidənqurma və abadlıq işləri aparılacaq  

Buxarestin 2-ci Sektor Yerli Şurası “Parcul Tei” parkında yerləşən Heydər Əliyev Xiyabanının yenidən qurulması və genişmiqyaslı abadlıq işlərin aparılması barədə qərar qəbul edib.

Azərbaycanın Rumıniyadakı səfirliyinin dəstəyi ilə həyata keçiriləcək layihə çərçivəsində xiyabanın infrastrukturunun tam yenilənməsi, mövcud yaşıllıqların qorunması, yeni landşaft dizaynının tətbiqi və ictimai istirahət məkanlarının müasir tələblərə uyğunlaşdırılması nəzərdə tutulur. Layihənin maliyyələşdirilməsi sponsorlar vasitəsilə təmin olunacaq, ərazi müvəqqəti olaraq podratçı şirkətə təhvil veriləcək və işlərin başa çatmasından sonra yenidən bələdiyyəyə qaytarılacaq. Ümummilli Lider Heydər Əliyevin bürünc büstünün müəllifi Azərbaycanın tanınmış heykəltaraşı Natiq Əliyevdir.

Избранный
36
azerbaijan-news.az

1Источники