RU

Mövsüm başlayandan sonra 10 klub transfer edib

Footbal-plus saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Artıq bir aydı futbol üzrə ölkə çempionatının 2025/26 mövsümü start götürüb. Dörd tur geridə qalıb. Mövsüm başlayandan sonra hansı klublar, neçə transfer edib? Klubdan bu zaman ərzində hansı mövqedə boşluqların olduğunu düşünüb və hərəkətə keçib?“Qarabağ”: 1 futbolçu. Kamilo Duran. Sol və sağ cinah vingeri.“Zirə”: 1 futbolçu. Enrike Kustadio. Sol cinah müdafiəçisi.“Araz-Naxçıvan”: 1 futbolçu. Coşqun Diniyev. Yarımmüdafiəçi.“Turan Tovuz”: 2 futbolçu. Enrike Silva - sol cinah müdafiəçisi, Xorxe Silva - sağ cinah müdafiəçisi.“Sabah”: 4 futbolçu. Timeteuş Puxaç - sol cinah müdafiəçisi, Aleksey İsayev - yarımmüdafiəçi, Velko Simiç – hücumçu, Aaron Maluda - sol cinah vingeri.“Neftçi”: transfer etməyib.“Şamaxı”: 2 futbolçu. Davud Mənsumov – hücumçu, Nihad Mehralıyev - sağ cinah vingeri.“Sumqayıt”: 2 futbolçu. Antonio Lara, Höccət Haqverdi - hər ikisi mərkəz müdafiəçisi.“Kəpəz”: 3 futbolçu. Dieqo Verdaşka - müdafiəçi, Elcan Əbilov, Rinosuke Ohori - hər ikisi yarımmüdafiəçi.”Qəbələ”: 2 futbolçu. Jondo Fuxs - yarımmüdafiəçi, Rüfət Əhmədov - sol cinah müdafiəçisi.“İmişli”: 2 futbolçu. Xəlil Mürsəlli - yarımmüdafiəçi, Edvin Banqera - sol cinah müdafiəçisi.“Karvan-Yevlax”: transfer etməyib.MÜZƏFFƏR QULUZADƏ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
24
1
icma.az

2Источники