RU

Partiya veteranları təltif edilib

Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının ictimai-siyasi həyatında uzun illər fəallıq göstərmiş, partiyanın dəyərlərinin təşviqində və təşkilati inkişafında mühüm rol oynamış partiya veteranlarına hər zaman böyük həssaslıqla yanaşılır. Partiya veteranlarını daim diqqət mərkəzində saxlayan Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatı onların qayğıları və problemləri ilə maraqlanır, onlarla mütəmadi görüşlər təşkil edir.

Bu dəfə uzun illər ərzində partiyanın fəaliyyətində yüksək fəallıq nümayiş etdirmiş, təşəbbüskarlığı və ictimai nüfuzu ilə seçilən 75 yaşlı Əli Quliyev və 70 yaşlı Daşdəmir Bayramovla görüşülüb. Onlar Fəxri Fərman və hədiyyələrlə təltif ediliblər.

Partiya veteranları onlara göstərilən yüksək diqqət və dəyərə görə minnətdarlıqlarını bildiriblər.

YAP İdarə Heyətinin üzvü, partiyanın Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov bildirib ki, partiyanın bugünkü uğurlarında onun möhkəm təməlini qoymuş, təşkilati işlərə məsuliyyətlə yanaşan veteran üzvlərin əvəzsiz xidmətləri dayanır. O qeyd edib ki, bu kimi təltiflər partiya sıralarında sadiqlik və vətənpərvərlik ruhunun daha da gücləndirilməsinə xidmət edir.

Səmimi, xoş əhval-ruhiyyədə keçən görüşlər partiya sıralarında həmrəyliyin təzahürü kimi yadda qalıb.

Избранный
14
2
yeniazerbaycan.com

3Источники