RU

AFFA Azərbaycanın Rusiyaya dəstək vermədiyini açıqlayıb

Rusiya mətbuatında UEFA-nın Albaniyada keçirilən iclasında Azərbaycanın Rusiya milli komandalarının və klublarının beynəlxalq turnirlərdə iştirakının bərpasını dəstəklədiyi ilə bağlı xəbər yayılıb.

Hətta Azərbaycanla yanaşı Qazaxıstan, Bolqarıstan, Serbiya, Bosniya və Herseqovina, Yunanıstan və Macarıstan Rusiyanın geri dönməsinin tərəfdarı olduqlarını bildiriblər.

Polşa, Latviya, Litva, Estoniya, Ukrayna, həmçinin Fransa, Almaniya, Hollandiya, Danimarka, Belçika, İngiltərə, İrlandiya, Şotlandiya və İslandiya Rusiya təmsilçilərinin beynəlxalq turnirlərdə iştirakının bərpasının əleyhinə çıxıblar.

Mövzu ilə bağlı AFFA ilə əlaqə saxladıq. Qurumdan Apasport-a verilən məlumata görə, bu xəbər həqiqəti əks etdirmir.

Bildirilib ki, bununla bağlı UEFA-dan AFFA-ya sorğu gəlməyib. Sözügedən iclasda AFFA nümayəndələrindən heç kəs iştirak etməyib.

UEFA İcraiyyə Komitəsində üzvünün olmadığını bildirən AFFA bu işlərə qarışmağa səlahiyyətlərinin olmadığını bildirib.

Избранный
34
11
apa.az

10Источники