RU

Trampın səfəri Britaniyanı qarışdırdı: Xalq etiraz edir

Xəbər verdiyimiz kimi, ABŞ prezidenti Donald Tramp və xanımı Melaniya Tramp dünən Böyük Britaniyaya səfər edib.

Publika.az xəbər verir ki, sözügedən səfər etirazlar fonunda başlayıb.

“Reuters”in məlumatına görə, Trampın bu gün qonaq olacağı Vindzor sarayında etiraz aksiyaları keçirilib. Etirazçılar Trampı Cefri Epşteyn ilə münasibətinə görə tənqid ediblər.

Tramp və Epşteyni əks etdirən nəhəng pankart açan etirazçılar axşam saatlarında Vindzor qalasının divarlarına da onların görüntülərini proyeksiya ediblər. Daha sonra aksiyada iştirak edən 4 nəfərin nəzarətə alındığı açıqlanıb.

Избранный
40
publika.az

1Источники