Sentyabrın 17-də elm və təhsil naziri Emin Əmrullayev Bahçeşehir Kıbrıs Universitetinin İdarə Heyətinin sədri Eral Osmanların rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə APA-ya Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Görüş çərçivəsində ölkələr arasında universitetlərarası əməkdaşlıq, o cümlədən elm və ali təhsil sahəsində Bahçeşehir Kıbrıs Universiteti ilə inkişaf perspektivləri müzakirə edilib.



