RU

Xankəndində törədilən təxribatın arxasında keçmiş kriminal klana məxsus qüvvələrin dayandığını ehtimal etmək olar

Bizimyol saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“Son zamanlar, Ermənistanın ictimai-siyasi həyatında gərginlik artmaqdadır. Keçmiş prezident Serjik Sarkisyan Paşinyanı impiçmentlə və bu proses baş tutmadığı halda, ölümlə hədələyir, həmçinin Vaşinqtonda əldə olunmuş razılaşmaları tanımayacağını bildirir”.

Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Nəsib Məhəməliyev danışıb. Deputat qeyd edib ki, Sarkisyan Rusiya tərəfindən dəstəklənən namizədlərdən biridir.

Nəsib Məhəməliyev

“Nəzərə almaq lazımdır ki, Cənubi Qafqaz uğrunda geosiyasi rəqabət günü-gündən qızışır və bu proses ən azından gələn ilin birinci yarısına qədər davam edəcək.

Xankəndində törədilən təxribatın arxasında, keçmiş kriminal Qarabağ klanına məxsus qüvvələrin dayandığını ehtimal etmək olar. Həmin şəxsin keçmişi, 1-ci Qarabağ müharibəsində iştirakı və ASALA terror təşkilatının düşərgəsində təlim keçməsi çoxsaylı suallar doğurur, şübhələnmək üçün əsas da verir. Məqsəd, regionda sülhün əldə olunmasını əngəlləməkdir. Digər tərəfdən, Qarabağda erməni varlığını beynəlxalq ictimaiyyətə çatdırmaqdır. Terror hadisəsi baş tutsaydı, kifayət qədər ictimai rezonansa səbəb ola bilərdi. Bu da, “Qarabağ ermənilərinin hüquqlarının müdafiəsi” adı altında təbliğat aparılmasına şərait yarada bilərdi”- deyən Nəsib Məhəməliyev bildirib ki, bu kartı da, onların əllərindən aldığı üçün hüquq-mühafizə orqanlarımıza xüsusi təşəkkür düşür.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
25
bizimyol.info

1Источники