RU

Azərbaycan ən çox bu beş ölkəyə mal ixrac edib

Bakı. Trend:

2025-ci ilin yanvar-avqust aylarında Azərbaycan əsas ticarəttərəfdaşları ilə aktiv əməkdaşlığını qoruyub saxlayıb. İxrac həcmibaxımından birinci yerdə İtaliya gəlir. Sözügedən Qərbi Avropaölkəsinə səkkiz ay ərzində ümumilikdə 7,97 milyard dollar həcmindəmal ixrac olunub.

Trend AzərbaycanınDövlət Gömrük Komitəsinə istinadən məlumat verir ki, ikinci yerdəTürkiyə gəlir (ixrac həcmi- 2,29 milyard dollar), üçüncü yerdə isəAzərbaycandan 819 milyon dollar həcmində mal idxal etmiş Rusiyagəlir.

Dördüncü mövqedə 655 milyon dollar həcmində malın ixrac olunduğuÇexiya gəlir. İlk “beşliyi” Bolqarıstan tamamlayır – sözügedən ölkəAzərbaycandan 523 milyon dollar həcmində mal idxal edib.

İtaliyaya tədarük 1,34 milyard dollar və ya 20,3% artıb.Türkiyəyə ixrac 376,3 milyon dollar (14,1%), Çexiyaya isə 85,4milyon dollar (11,5%) azalıb. Rusiya Azərbaycandan idxalı 51,3milyon dollar (6,7%), Bolqarıstan isə 136,5 milyon dollar (35,3%)artırıb.

Qeyd edək ki, Azərbaycan Dövlət Gömrük Komitəsininhesablamalarına görə, cari ilin yanvar–avqust aylarında Azərbaycan173 ölkə ilə 32,118 milyard ABŞ dolları məbləğində ticarətəməliyyatları həyata keçirib.

Ticarət dövriyyəsi ixrac üzrə 15,2 milyard ABŞ dolları, idxalüzrə isə 13,6 milyard ABŞ dolları təşkil edib. Beləliklə, illikifadədə ixrac 5,4% azalıb, idxal isə 26,1% artıb.

Məqalədə:
Избранный
18
1
az.trend.az

2Источники