RU

Kimlərin maaşından 14 faiz vergi tutulacaq? Pensiya fonduna bu qədər vəsait köçəcək

ain.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

2026‑cı ilin 1 yanvarından etibarən Azərbaycanda özəl sektorda gəlir vergisinə tətbiq olunan güzəştin müddəti başa çatacaq. Hələlik müddətin uzadılıb-uzadılmayacağı barədə rəsmi açıqlama verilməyib.

“Qafqazinfo” xəbər verir ki, güzəşt 2019-cu ildən tətbiq edilir. Güzəştlərə əsasən, yalnız hazırda özəl sektorda 8000 manatdan yuxarı olan maaşdan 14% vergi tutulur. Güzəştlər ləğv edilərsə maaşın 2500 manatadək hissəsindən 14%, ondan çox olan hissəsindən isə 25% vergi tutulacaq.

İqtisadçı ekspert Xalid Kərimli Modern.az-a açıqlamasında qeyd edib ki, 2019-cu ilin yanvar ayından tətbiq edilən bu güzəştin əsas məqsədi cəmiyyətdə işəgötürənlərin və işçilərin əməkhaqlarının rəsmiləşdirilməsinə, habelə vergilərin ödənilməsinə marağın artırılmasına nail olmaq idi.

“Güzəşt yalnız özəl sektor – qeyri-dövlət və qeyri-neft sektoru üçün nəzərdə tutulmuşdu. Beləliklə, neft sektoruna aid olmayan bütün özəl şirkətlər bu güzəştdən yararlanmış oldular.

Bu güzəştin müddəti 7 il müəyyən edilmişdi. Hazırkı  proqnozlar isə onu göstərir ki, dövlət bu müddəti uzatmağı planlaşdırmır, məhz bu səbəbdən də artıq vergi yığımlarının artacağı gözlənilir. Bu isə onu deməyə əsas verir ki, həm şirkətlərin, həm də vətəndaşların üzərinə düşən vergi yükü əvvəlki səviyyəyə qayıdacaq və ya artacaq”.

Ekspert bildirib ki, hazırda vətəndaşların əməkhaqlarından ayırmaları edilir ki, 2% icbari tibbi sığorta, 0.5% işsizlik sığortası, 10% isə pensiya fonduna (bu vəsait vətəndaşın şəxsi pensiya kapitalına yönəldilir).

“Ancaq güzəştin bitməsi ilə bu sistem dəyişəcək. Yeni qaydalara əsasən, vətəndaşlar artıq 14% gəlir vergisi ödəyəcək, pensiya fonduna ödəniş 10%-dən 3%-ə endiriləcək, 2.5% icbari tibbi sığorta və 0.5% işsizlik sığortası saxlanılacaq”.

İqtisadçının sözlərinə görə, beləliklə, dövlət və neft sektorunda çalışan şəxslərlə bərabər, özəl sektorda çalışanlar da eyni vergi yükünə tabe olacaqlar:

“Məsələn, məktəbdə çalışan müəllimlər gəlir vergisi ödəyirsə, artıq özəl sektorda çalışan əməkdaşlar da bu vergini ödəməli olacaqlar.

Qeyd edək ki, 7 illik bu güzəşt dövründə həm vətəndaşların, həm də şirkətlərin vergi yükü təqribən 7-8% azalmışdı. İndi isə bu yüklər əvvəlki vəziyyətə bərpa olunacaq. Pensiya fonduna ödənilən 10%-lik pay vətəndaşın şəxsi pensiya kapitalının artırılmasına xidmət edirdisə, indi bu məbləğin 3%-ə enməsi şəxsi pensiya yığımlarının da azalmasına səbəb olacaq.

Nəticə etibarilə, həm vətəndaşların, həm də şirkətlərin üzərinə düşən vergi yükü artacaq və bu da öz növbəsində, əmək bazarında müəyyən dəyişikliklərə səbəb ola bilər”, - X.Kərimli qeyd edib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
22
15
qafqazinfo.az

10Источники