RU

Qanuni oğru Vasya Bandit ə hökm oxundu VİDEO

ain.az, Lent az portalına istinadən məlumatı açıqlayır.

Rusiyanın Moskva vilayətində məhkəmə İqor Kokunovu cinayət iyerarxiyasında ən yüksək mövqe tutmaqda (Cinayət Məcəlləsinin 210.1-ci maddəsi) təqsirli bilib.

Lent.az xəbər verir ki, 1993-cü ildə Kokunova “qanuni oğru” kriminal statusu verilib və ona “Vasya Bandit” ləqəbi təyin olunub. Cinayət aləminin adət-ənənələrinə uyğun olaraq o, mübahisəsiz nüfuza malik olub, kriminal strukturların müxtəlif fəaliyyət istiqamətlərinə nəzarəti təmin edən təşkilati-sərəncamverici funksiyaları yerinə yetirib və onların mövcudluğunu təmin edib.

Cinayət iyerarxiyasında ən yüksək mövqe tutaraq Kokunov daimi əsasda pul müqabilində qumar biznesi təşkilatçılarına və qanunsuz yanacaq satışına kriminal himayə göstərib, müxtəlif qruplar arasında münaqişələri həll edib, eləcə də iştirakçıların məsuliyyətdən yayınmasına kömək edib.

Moskva vilayəti prokurorluğunun dövlət ittihamçısının mövqeyi nəzərə alınaraq, məhkəmə ona 8 il 2 ay müddətinə xüsusi rejimli islah müəssisəsində azadlıqdan məhrumetmə və 1 il 3 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edib.

Hökm hələ qanuni qüvvəyə minməyib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
47
lent.az

1Источники