BAKI, 17 sentaybr. TELEQRAF
Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2025-ci ilin yanvar-avqust ayları ərzində özəlləşdirmə və icarədən dövlət büdcəsinə 126,9 milyon manat vəsait ödənilib.
Qurumdan Teleqraf-a verilən məluamata görə, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2025-ci ilin yanvar-avqust ayları ərzində 34 hərrac keçirilib. Hərraclarda 5 səhmdar cəmiyyətinin səhm paketi, 2 kiçik dövlət müəssisəsi, 690 nəqliyyat vasitəsi özəlləşdirilib.
Cari ilin yanvar-avqust ayları ərzində özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 96,6 milyon manat təşkil edib.
Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu ilin yanvar-avqust ayları ərzində 426-sı qeyri-yaşayış, 2.728-i torpaq sahələri üzrə olmaqla 3.154 yeni icarə müqaviləsi bağlanılıb. Hesabat dövrü ərzində daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən dövlət büdcəsinə 30,3 milyon manat vəsaitin ödənilməsi təmin olunub.