RU

Bu il Bakıda əhali 20,5 milyard manatlıq alış-veriş edib

Bu ilin yanvar-iyul aylarında Bakıda pərakəndə ticarət dövriyyəsinin həcmi 20 milyard 489,7 milyon manat olub.

Bu barədə FED.az Bakı şəhər Statistika İdarəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2024-cü ilin ayı ilə müqayisədə 4,3 % çoxdur.

Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin yanvar-iyul ayları ilə müqayisədə 2 % artaraq 11 milyard 300,5 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 7,2 % artaraq 9 milyard 189,2 milyon manat olub.

Əvvəlki ilin yanvar-iyul ayları ilə müqayisədə cari ilin yanvar-iyul aylarında pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 7,9 %, fərdi sahibkarlar, bazar və yarmarkalarda isə 2,3 % artıb.

İstehlak məhsullarının 38,4 %-i hüquqi şəxs statuslu müəssisələrdə, 50,2 %-i fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 11,4 %-i isə paytaxtın məhsul bazarlarında satılıb.

Избранный
6
17
fed.az

10Источники