RU

NBA kralı özünün idman uzunömürlülüyünün sirrini açıqladı

Milli Basketbol Assosiasiyasının (NBA) 40 yaşlı dördqat çempionu, Kaliforniyanın "Los-Anceles Leykers" klubunun kiçik hücumçusu Lebron Ceyms peşəkar idmanda özünün fenomenal uzunömürlülüyünün sirrini açıqlayıb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Championat.com nəşri yazıb.

2003-cü ildə draftın bir nömrəsi qismində NBA-da debüt edən Ohayo ştatının Akron şəhərinin sakini hətta 40 yaşında da elit oyun səviyyəsini nümayiş etdirməyə davam edir ki, bu da peşəkar basketbol üçün olduqca nadir haldır.

Karyerası ərzində "Klivlend Kavalyers", "Mayami Hit" və "Los-Anceles Leykers" komandalarında çıxış edən idmançı CCTV telekanalına verdiyi müsahibədə liqada belə uğurlu karyera əldə edəcəyini gözləyib-gözləmədiyinə dair sualı cavablandırıb.

"Deyə bilmərəm ki, 22 il əvvəl bunu təxmin edirdim. Düşünürdüm ki, özümü tamamilə işimə həsr edəcəyəm və ən böyük basketbolçu olacağam", - deyə o qeyd edib.

Özünün idman uzunömürlülüyünün sirri barədə suala Lebron hərtərəfli cavab verib.

"Bütün bunlar mənim işə sadiqliyim və maksimum istifadə etməyə çalışdığım Allahın xeyir-duası sayəsindədir. Mən özümü oyuna həsr etməyə davam edirəm, özümü aldatmıram və etdiyim işdə ən yaxşı olmaq üçün öz üzərimdə çalışıram", - deyə Ceyms vurğulayıb.

"Cebheinfo.az" 

Избранный
14
1
cebheinfo.az

2Источники