RU

Mayak kafesində ofsiant müştərinin kartından oğurluq etdi

Qaynarinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bakıda fəaliyyət göstərən "Mayak” kafesinin ofisinatı müştərinin bank kartından oğurluq edib. 

Qaynarinfo xəbər verir ki, müştəri hesabı kartla ödəmək istəyib. Lakin kafedə POS terminal olmadığından bu, mümkün olmayıb. Ofisiantlardan biri kartla ödəniş etməyin mümkün olduğunu deyib. Müştəri də kartını ona verib. Ofisiant müştəridən kartın pin kodunu istəyib. Ona inanan müştəri pin kodu deyib. Bir neçə dəqiqədən sonra ofisiant kartı müştəriyə geri qaytararaq, hesabın ödənildiyini bildirib. 

Müştəri yalnız səhəri gün kartında olan bütün vəsaitin çıxarıldığını görüb. Dərhal "Mayak” kafesinə gedərək orada işləyənlərə kartından 1006 manat pul çıxarıldığını bildirib və vəsaitin geri qaytarılmasını tələb edib. Bundan sonra isə Daxili İşlər Nazirliyinin (DİN) 102 xidmətinə müraciət edib. 

Müştərinin kartı verdiyi ofisiant saxlanılıb. O, törətdiyi əməli etiraf edib. Ofisianta qarşı Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə ittiham elan edilib. Həmçinin məhkəmənin qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. 

Cinayət işinə Suraxanı Rayon Məhkəməsində Namiq Kərimovun sədrliyi ilə baxılıb. Müttəhim məhkəmədə verilmiş ittiham üzrə özünü təqsirli bilib. 

Məhkəmənin hökmü ilə ona 2 il 3 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. 

Onun ev dustaqlığında saxlanıldığı 5 ay müddət 1 günə 2 gün hesabı ilə təyin edilən cəzadan çıxılıb və üzərində qəti olaraq 1 il 4  ay 28  gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb. 

Seyid

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
18
qaynarinfo.az

1Источники