RU

“Azərenerji” 1 ayda eyni şirkətə 45 milyonluq tender verib-ARAŞDIRMA

“Azərenerji” ATSC daha bir tenderə yekun vurub.

Tribunainfo.az xəbər verir ki, qurum dünən bununla bağlı nəticəni açıqlayıb.

Məlumatda bildirilir ki, “Azərenerji” 154/110/10 kV-luq “Babək” YS-nın yenidən qurulması işlərini həyata keçirəcək. Bu işlərin reallaşdırılmasını isə tenderin qalibi olmuş “ELECTRO İNDUSTRİES” QSC həyata keçirəcək.

Rəsmi məlumatlarda bildirilir ki, tərəflər arasında bu işlərin görülməsi üçün 24 milyon 83 min 286 manatlıq satınalma müqaviləsi imzalanıb.

Tribunainfo.az-ın açıq mənbələr üzərindən apardığı araşdırma zamanı məlum olub ki, “Azərenerji” ilə “ELECTRO İNDUSTRİES” QSC arasında bir ay öncə daha bir tender anlaşması baş tutub. Belə ki, avqustun 5-də açıqlanan nəticələrə görə, 100 MVt-lıq günəş elektrik stansiyaların enerjisistemə inteqrasiyası ilə əlaqədar 110 kV-luq yarımstansiyanın tikintisi və yuvanın quraşdırılması “ELECTRO İNDUSTRİES” QSC-yə tapşırılıb. Bu layihənin icrasına görə isə şirkətlə 21 milyon 197 min 467 manatlıq müqavilə bağlanılıb.

Amma bu da son deyil. “Azərenerji” sözügedən şirkətlə ötən ilin oktyabrında da böyük məbləğli razılaşma əldə edib. Bababala Rzayevin rəhbəri olduğu dövlət qurumu şirkətə 240 MVt gücündə “Şəfəq” Günəş Elektrik Stansiyasının (GES) enerjisitemə qoşulması üçün 330/33/33 kV-luq yarımstansiyanın tikintisi işlərini aparması üçün 40 milyon 907 min 134 manat pul ödəyib.

Qeyd edək ki, Yarımstansiya tikintisi, elektrik xətlərinin çəkilişi ilə məşğul olan “Electro İndustries” QSC 2010-cu ildə dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Qurbanov Emin Telman oğludur.

Bildirək ki, bu şirkətin adı bir neçə qalmaqala qarışıb. Belə ki, ötən ilin sonlarında “Electro İndustries” QSC-nin baş direktoru Natiq Qarayev işdə baş verən nöqsana görə cərimələnib. Buna səbəb isə şirkətin işçilərinin xəsarət alması olub.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Fərda Uğur

Избранный
32
1
tribunainfo.az

2Источники