RU

Özbəkistan və Pakistan kibertəhlükəsizlik sahəsində əməkdaşlıq edəcək

BAKI, 17 sentyabr. TELEQRAF

Özbəkistan səfiri Alişer Tuxtayev Pakistanın Kibertəhlükəsizlik üzrə Fövqəladə Hallara Müdaxilə Milli Mərkəzinin baş direktoru Heydər Abbas ilə görüşüb.

Teleqraf xəbər verir ki, görüş zamanı iki ölkə arasında kibertəhlükəsizlik sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, təcrübə mübadiləsinin aparılması, rəqəmsal infrastrukturun qorunması üçün qabaqcıl texnologiyaların tətbiqi, birgə tədqiqat layihələri vasitəsilə insan resurslarının artırılması məsələləri müzakirə edilib.

Görüşün sonunda kiberinsidentlərə operativ reaksiya və təhdidlər haqqında məlumat mübadiləsi, birgə təlim və simulyasiyalar, dövlət qulluqçuları və tələbələr üçün qısamüddətli təlim kurslarının təşkili, süni intellekt əsasında təhlükələrin aşkarlanması, rəqəmsal məhkəmə ekspertizası və təhlükəsiz kommunikasiya sistemləri sahəsində elmi tədqiqatların aparılması kimi sahələrdə əməkdaşlıq perspektivləri müəyyən edilib.

Özbəkistan və Pakistan arasında rəqəmsal təhlükəsizlik sahəsində əməkdaşlığın ardıcıl şəkildə davam etdirilməsi, prioritetlərin və konkret praktiki istiqamətlərin müəyyənləşdirilməsi üçün qarşılıqlı səfərlərin təşkili, iki ölkənin müvafiq idarələri arasında mütəmadi olaraq onlayn görüşlərin və danışıqların aparılması razılaşdırılıb.

Избранный
41
1
teleqraf.com

2Источники