RU

Builin ilk 6 ayında Azərbaycanın xalis maliyyə aktivləri 3 milyard dollar artıb

2025-ci ilin ilk 6 ayında Azərbaycanın xalis maliyyə aktivləri 3 milyard dollar artıb.

Finss.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu artım xaricə yönəldilmiş birbaşa investisiyalar (0,5 milyard dollar), portfel investisiyaları (1,0 milyard dollar) və digər investisiyalar (1,5 milyard dollar) hesabına baş verib.

Hesabat dövründə ölkənin xalis maliyyə öhdəlikləri isə 230 milyon dollar artıb. Bu artım xaricdən cəlb olunmuş birbaşa investisiyalar (-195,8 milyon dollar), neft bonusu (450,2 milyon dollar), portfel investisiyaları (-24,9 milyon dollar) və digər investisiyalar (0,5 milyon dollar) üzrə əməliyyatlarla formalaşıb.

Fuad Mədətov
Finss.az

Избранный
38
3
fins.az

9Источники