RU

Estoniya hökuməti Rusiya sərhədi yaxınlığında atılmış avtomobilləri satacaq

Estoniyanın Nəqliyyat Departamenti oktyabr ayında Rusiya sərhədi yaxınlığındakı “Koydula” keçid məntəqəsində tərk edilmiş avtomobilləri evakuasiya edəcək. Daha sonra həmin nəqliyyat vasitələri hərrac vasitəsilə satışa çıxarılacaq.

Herbiand.az bildirir ki, bu barədə ERR dövlət televiziya və radio portalı məlumat yayıb.

Departament evakuasiya işlərinin təşkili üçün “Svenai” şirkəti ilə müqavilə imzalayıb. Şirkət avtomobilləri sərhəddən 44 km aralıda yerləşən pullu dayanacağa aparacaq.  

Maşın sahibləri yaz aylarından başlayaraq avtomobillərini götürmək barədə bildirişlər almağa başlayıblar. Bildirişlərə 30 gün ərzində məhəl qoyulmazsa, sahiblər ikinci bildiriş alacaqlar. Daha sonra şirkətin xərclərini ödəmək üçün avtomobillər hərraca çıxarılacaq. Əldə edilən vəsait dövlət büdcəsinə köçürüləcək.

Qeyd edək ki, Rusiya ilə həmsərhəd olan bütün Aİ ölkələri 2023-cü ildə Rusiya dövlət nömrə nişanlı avtomobillərə girişi qadağan edib.

Bəxtiyar CƏFƏRLİ

Избранный
52
herbiand.az

1Источники