"Real Madrid"in futbolçusu Trent Aleksandr-Arnold dünən keçirilən "Marsel"lə oyununda sıradan çıxıb.
Offsideplus.az xəbər verir ki, ingilis futbolçu sol ayağından zədələnib. O, bu zədəyə görə 2 ay meydanlardan uzaq qalacaq.
Bu barədə "kral klubu"nun rəsmi saytı məlumat yayıb.
Aleksandr-Arnold bu yay "Real Madrid"ə qoşulub. O, Madrid təmsilçisinin heyətində 10 oyuna çıxıb.