RU

Antiterror tədbirləri Azərbaycan tarixində yeni bir qəhrəmanlıq səhifəsi kimi həkk olunub – Deputat

Bakı. Trend:

Antiterror tədbirləri Azərbaycan tarixində yeni bir qəhrəmanlıqsəhifəsi kimi həkk olundu. Cəmi 23 saat 43 dəqiqə ərzində erməniseparatçıları ağ bayraq qaldırmağa məcbur oldular. Ermənistansilahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olanmövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələrivə hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqiilə sıradan çıxarılırdı.

Bunu Trend-əaçıqlamasında Milli Məclisin deputatı Afət Həsənova bildirib.

Deputat bildirib ki, Qarabağda həyata keçirilən lokal xarakterliəməliyyatlar nəticəsində Azərbaycan öz suveren ərazilərində tamnəzarəti bərpa edərək, separatçılığa birdəfəlik son qoydu,Ermənistanın və onun havadarlarının illərlə qurduğu xəyallarıdarmadağın etdi:

“Ağır relyef şəraitində, düşmən tərəfindən uzun illər böyükmühəndislik işləri nəticəsində istehkamların mövcudluğu şəraitində,düşmən mövqelərinin təpələrdə, əlverişli yerlərdə yerləşdirilməsinəbaxmayaraq, hərbçilərimiz qəhrəmanlıq, peşəkarlıq göstərərək qısamüddət ərzində bütün istiqamətlər üzrə əhəmiyyətli dərəcədə hərbiuğurlar əldə etdilər”.

A.Həsənova qeyd edib ki, bu əməliyyatların zəruriliyi birbaşaErmənistanın məsuliyyətsiz davranışları və üzərinə götürdüyüöhdəliklərə əməl etməməsi ilə bağlı idi:

“Ermənistan hər zaman olduğu kimi öz destruktiv siyasətini davametdirərək 2020-ci ilin 10 noyabrında imzalanmış üçtərəfli bəyanatdaüzərinə düşən vəzifələri icra etmədi. Bu isə Azərbaycanı lokalantiterror tədbirləri görməyə məcbur etdi. Azərbaycan 44 günlükVətən müharibəsində tarixi Qələbə qazanaraq Ermənistan ordusunudarmadağın etsə də, qalib ölkə olaraq humanist mövqe nümayişetdirdi və qarşı tərəfə öz öhdəliklərini yerinə yetirmək üçünkifayət qədər vaxt və imkan verdi.

Lakin Ermənistan bir daha beynəlxalq hüquqa hörmətsizlikgöstərərək qanunsuz silahlı dəstələrini Azərbaycan ərazilərindənçıxarmadı, əksinə, separatçılıq meyillərini dəstəkləməyə davametdi. Müxtəlif təxribatlar törədildi, yeni təhlükələr yaradıldı.Ermənistan arxalandığı havadarların köməyinə ümid edərəkstatus-kvonu qorumağa çalışırdı.

19–20 sentyabr tarixlərində həyata keçirilən qətiyyətliantiterror tədbirləri ilə Azərbaycan həm öz ərazi bütövlüyünü tamtəmin etdi, həm də bölgədə separatçılığa birdəfəlik son qoydu. 24saatdan az müddətdə həyata keçirilən antiterror əməliyyatınəticəsində Azərbaycan ərazisində qanunsuz yerləşən Ermənistanordusu tam şəkildə tərksilah edilərək, ölkəni tərk etdi. Qarabağdaqeyri-qanuni xunta rejimi ləğv edildi, separatçıların əsasrəhbərləri həbs edildi və Azərbaycan öz dövlət suverenliyini tamtəmin etdi. Azərbaycanın Zəfər tarixi Xankəndi, Xocalı, Ağdərə,Xocavənd, Əsgəranda üçrəngli bayrağımızın yüksəldilməsi, ərazibütövlüyümüzün tam bərpası ilə yekunlaşdı. Bu gün ölkəmizin hər birguşəsində üçrəngli bayrağımız qürurla dalğalanır, xalqımızınbirliyi və gücü bütün dünyaya nümayiş olunur”.

Məqalədə:
Избранный
56
az.trend.az

1Источники