RU

"Qoyun": Bundan sonra bu ifadəni kim işlətsə...

Rusiyanın Perm diyarının məhkəməsi "qoyun" sözünü təhqiredici hesab edib.

Publika.az xəbər verir ki, bu abrədə "ChP Perm" "Telegram" kanalı məlumat yayıb.

Qərarı yerli sakinin mənəvi zərərin ödənilməsi ilə bağlı iddiasına baxan vilayət məhkəməsi verib.

Birinci instansiya məhkəməsi cavabdehin qadının ünvanına işlətdiyi "qoyun" sözünün söyüş sayılmadığı qənaətinə gələrək, iddiaçının iddialarını rədd edib. Amma apellyasiya iclasında linqvistik təhlil aparılıb. Müəyyən edilib ki, kontekstdə "qoyun" sözünün mənfi mənası da var. Buna görə də, təqsirləndirilən şəxsin 20.000 rubl cərimə ödəməsinə qərar verilib.

Qeyd edək ki, Rusiya məhkəməsi bundan əvvəl “xoxol” sözünün də təhqiramiz olduğunu bildirmişdi.

Избранный
24
2
publika.az

3Источники