RU

Rəşid Mahmudovdan süni intellektdən tibbi məsləhət alanlara SƏRT REAKSİYA

Süni intellektə güvənərək səhhətində problem olmadığını düşünən bir şəxs həyatını itirmə təhlükəsi ilə üz-üzə qalıb. Bu fakt bir daha sübut edir ki, süni intellekt insan sağlığını təhlükə altında qoyacaq qədər təhlükəlidir.

Ümumiyyətlə son zamanlar bəzi  insanlar sağlamlıq məsələlərində ChatGPT - ə güvənirlər. Hətta süni intellektin köməyilə özbaşına müalicə olunub, aptekdən dərman belə alırlar.

Bəs bu nə dərəcədə doğrudur? Bu məsələdə ChatGPT nə qədər etibarlıdr?

Bizim.Media-ya açıqlama verən professor Rəşid Mahmudov mövzu ilə bağlı sərt mövqeyini bildirib. O, qeyd edib ki, internet və süni intellekt tibbin yerini ala bilməz:

“Süni intellekt ümumiləşmiş sözdür. O, insanları müalicə edə bilməz, həkimlik sənətini heç vaxt əvəz edə bilməz. Tarixi məlumatı təqdim edər, amma həkimlik tamam başqa bir sahədir. Burada yaş fərqi, uşaqlıq, müxtəlif xəstəliklər nəzərə alınır. Süni intellekt heç vaxt dəqiq diaqnoz qoya bilməz”, -  deyə professor vurğulayıb.

Rəşid Mahmudov insanlara çağırış edərək, tibbi məsələlərdə süni intellektə inanmağın təhlükəli olduğunu diqqətə çatdırıb:

Избранный
37
4
demokrat.az

5Источники