RU

Bu qurumlar Bakıdan kənara köçürülə bilər Deputatdan AÇIQLAMA

Demokrat.az saytına istinadən ain.az xəbər verir.

“Tıxaclar bütün böyük şəhərlərin ortaq problemidir və Bakı da istisna deyil. Əhalinin və avtomobil sayının sürətlə artdığı, infrastrukturun isə bu artıma tam uyğunlaşa bilmədiyi bir şəraitdə tıxac problemi qaçılmaz hala gəlir”. Bunu Milli Məclisin deputatı Vüqar İsgəndərov Demokrat.az-a açıqlamasında bildirib.O deyib ki, lakin bu problemin tam aradan qaldırılması mümkün olmasa da, onu idarə etmək və azaltmaq mümkündür:“Son illərdə bu istiqamətdə bir sıra addımlar atılıb. Metro şəbəkəsinin genişləndirilməsi, yeni avtobus zolaqlarının salınması və ictimai nəqliyyatın inkişaf etdirilməsi istiqamətində işlər görülməkdədir. Tramvay və trolleybusların vaxtilə ləğv edilməsi isə bu gün hiss olunan ciddi boşluqlardan biridir. İctimai nəqliyyat saat kimi işləməlidir. İnsanlar yalnız bu halda şəxsi avtomobildən imtina edəcək. Bakı yollarında tez-tez rast gəlinən “butulka effekti” – yəni yolun birdən daralması da tıxacların əsas səbəblərindən biridir. Yol eninin standartlara uyğun şəkildə planlanması və alternativ yolların yaradılması vacibdir. Daha bir önəmli məsələ şəhərin funksional mərkəzinin yükünü azaltmaqdır. Hazırda bütün dövlət qurumları, universitetlər və digər əsas idarələr mərkəzdə cəmləşib. Bu da həmin ərazilərə hərəkəti çoxaldır”. Deputat qeyd edib ki, uzunmüddətli perspektivdə bu qurumların şəhər kənarına, kampus formatında köçürülməsi məsələsi nəzərdən keçirilməlidir:“Eyni zamanda, nəqliyyat mədəniyyəti də formalaşmalıdır ki, həm sürücülər, həm də piyadalar yol hərəkəti qaydalarına əməl etməli, bir-birinə qarşı anlayışlı olmalıdırlar. Hazırda bu sahədə Prezidentin nəzarəti altında işlər aparılır. Parkların artırılması, şəhərin yaşıl məkanlarının genişləndirilməsi, alternativ nəqliyyat vasitələrinin təşviqi bütün bunlar Bakının daha yaşanılan şəhər olması üçün vacib addımlardır. Tıxac problemi kompleks yanaşma tələb edir və bu istiqamətdə görülən işlər davamlı, ardıcıl və planlı şəkildə aparılmalıdır”.Leyla Turan

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
9
2
demokrat.az

3Источники