RU

Trampın Çin səfəri bu tarixə planlaşdırılır

ABŞ prezidenti Donald Trampın Çin səfərinə hazırlıq işləri yekun mərhələdədir.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, səfərin oktyabrın sonu və ya noyabrın əvvəlinə təsadüf edəcəyi gözlənilir.

Səfərin əsas məqsədi ABŞ-Çin münasibətlərini möhkəmləndirmək, ticarət və geosiyasi əməkdaşlıq sahələrində qarşılıqlı addımlar atmaqdır. Hazırlıq çərçivəsində təhlükəsizlik, diplomatik protokol və qarşılıqlı görüşlərin planlaşdırılması ilə bağlı intensiv danışıqlar aparılır.

Trampın səfəri beynəlxalq ictimaiyyət tərəfindən böyük maraqla izlənir, çünki bu, ABŞ və Çin arasında hazırkı gərginlik fonunda mühüm diplomatik addım hesab olunur.


Musavat.com

Избранный
89
50
musavat.com

10Источники