RU

Daşbulaq sakini: Doğma yurdda yaşamaq gözəl hissdir

"Məcburi köçkünlük bitdi, biz artıq öz evimizdə yaşayırıq. Doğma yurdda, öz evimizdə yaşamaq çox gözəl hissdir. Bu günümüzə şükürlər olsun”.

APA xəbər verir ki, bu sözləri jurnalistlərə Xocalı rayonunun Daşbulaq kənd sakini İlhamə Novruzova bildirib.

O, bu qürurlu anları bütün məcburi köçkünlərə arzulayıb: “Allah Prezidentimizə can sağlıqı versin. Şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı diləyirik. Hər bir şəhid ailəsi, şəhid anasını evimizə dəvət edirik. İstəyirik onlar bizə qonaq gəlsin, biz onlara qulluq edək. Şəhidlər bütün Azərbaycan xalqının övladlarıdır".

Избранный
12
apa.az

1Источники