RU

İranda güclü partlayış - 6 ölü var

İranda yaşayış binasında partlayış baş verib.

Olaylar.az xəbər verir ki, İranın Ahvaz şəhərində yaşayış binasında baş verən güclü partlayış nəticəsində ən azı 6 nəfər həyatını itirib, bir neçə nəfər yaralanıb.

Hadisə səhər saatlarında baş verib.

Partlayış nəticəsində bina tamamilə dağılıb, yaxınlıqdakı binalar da ciddi zərər görüb. Hadisə şahidlərinin sözlərinə görə partlayış o qədər güclü olub ki, yaxınlıqdakı binalar da titrəyib və sakinlər panikaya düşüb.

Aşağıda park edilmiş avtomobillər partlayışdan sonra yanmağa başlayıb. Məhkəmə və təhlükəsizlik qüvvələri hadisə yerinə girişi məhdudlaşdıraraq əlavə xəsarətlərin qarşısını almağa çalışır.

İlkin məlumatlara görə partlayışın səbəbi qaz sızması ola bilər, lakin rəsmi orqanlar hələ dəqiq səbəbi açıqlamayıb.

Xilasetmə işləri davam edir və dağıntılar altında daha çox şəxsin qala biləcəyi ehtimal olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
31
3
olaylar.az

4Источники