RU

Mingəçevirdə ana və iki övladını dərsə gedərkən maşın vurdu

Mingəçevir şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

 

Şəhər sakini, 1989-cu il təvəllüdlü Səbayət Yusifova övladları - 2013-cü il təvəllüdlü Gülər Yusibova və 2014-cü il təvəllüdlü Rüstəm Yusiblini oxuduqları Mingəçevir şəhər Təbiət-Riyaziyyat və Humanitar Elmlər Təmayüllü Liseyə apararkən şəhər sakini, 1988-ci il təvəllüdlü Xəyal Məmmədov idarə etdiyi "Opel" markalı avtomobilə onları vurub.

 

Yaralılar Mingəçevir Mərkəzi Şəhər Xəstəxanasına çatdırılıblar.

 

Faktla bağlı araşdırma aparılır./Oxu.az

 

Tarix: 17 Sentyabr 2025, 14:12   
Избранный
39
6
pravda.az

7Источники