RU

Polşa Belarusla sərhəddə hərbi təlimlərə başlayıb

ain.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Polşada Orjış hərbi poliqonunda "Dəmir qapılar" adlı genişmiqyaslı hərbi təlimlərə start verilib. Təlim ərazisi strateji Sualki dəhlizindən təxminən 100 km məsafədə yerləşir.

"Cebheinfo.az" APA -ya istinadən xəbər verir ki, bu barədə Polşanın “TVP Info” portalı məlumat yayıb.

Qeyd olunur ki, təlimləri Polşanın Baş nazirinin müavini, müdafiə naziri Vladislav Kosinyak-Kamyş və Baş Qərargah rəisi Veslav Kukula müşahidə edirlər.

"Dəmir qapılar" təlimləri çərçivəsində zirehli, mexanikləşdirilmiş, artilleriya və hava bölmələrinin birgə fəaliyyəti sınaqdan keçirilir.

Bu təlimlər 2025-ci ildə Polşada keçirilən ən böyük hərbi manevrlər olan "Dəmir müdafiəçi" (Iron Defender) proqramının bir hissəsidir.

Təlimlər quru, dəniz və hava əməliyyatlarını əhatə edir və orada ordu, Hərbi Hava Qüvvələri, Donanma, xüsusi təyinatlı qüvvələr və ərazi müdafiə birləşmələri iştirak edir.

Ümumilikdə təlimlərə Polşa və NATO ölkələrindən 30 minə yaxın hərbçi və 600-dən çox texnika cəlb olunub.

"Cebheinfo.az" 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
14
7
cebheinfo.az

8Источники