RU

Xocalının Daşbulaq kəndində gələn il 83 ev istismara hazır olacaq

Xocalı rayonunun Daşbulaq kəndində 195 ev var. Onlardan 39-u yararsız, 156-sı isə qismən yararlıdır.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə kəndə təşkil olunan media-turda Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı bildirib.

Məlumata görə, kənddə artıq 15 ev bərpa edilib. Bu ilin sonunadək 58, gələn il isə 83 ev istismara hazır olacaq. İndiyədək kəndə 14 ailə (72 nəfər) köçüb.

Qeyd olunub ki, uzunluğu 20 kilometr olan mövcud elektrik, həmçinin qaz xətləri, su anbarı və subartezian quyusu bərpa olunub, transformator quraşdırılıb, sayğaclaşdırma işlərinə başlanılıb. Eyni zamanda, 8 kilometrə yaxın qaz xətti çəkilib, içməli su şəbəkəsi yenidən qurulub, rabitə xətlərinin layihəsi təsdiqlənib və artıq tikinti işlərinə hazırlıq gedir.

Kənddə sosial və məişət obyektləri istifadəyə verilib, park, bayraq meydanı salınıb, kənddaxili yollara asfalt vurulub.

Qeyd edək ki, Daşbulaq kəndi Azərbaycan Silahlı Qüvvələrinin 2023-cü ilin sentyabrında həyata keçirdikləri antiterror əməliyyatı zamanı Azərbaycanın nəzarətinə keçib.

"Cebheinfo.az" 

Избранный
15
16
cebheinfo.az

10Источники