RU

Azərbaycan diasporu rəhbərinin Rusiya vətəndaşlığı ləğv olunub

Moskva Azərbaycanlılarının Milli Mədəni Muxtariyyətinin sədri Bəxtiyar Həsənovun Rusiya Federasiyası vətəndaşlığı ləğv edilib.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Rusiyanın “Teleqram” kanalları məlumat yayıb.

Bildirilib ki, diaspor rəhbərinin RF pasportu ləğv edilib.

Onun 2000-ci illərdə Rusiya vətəndaşlığı əldə etdiyi qeyd olunub.

Qeyd edək ki, Bəxtiyar Həsənov 2022-ci ildə Moskva Azərbaycanlılarının Milli Mədəni Muxtariyyətinin sədri seçilib.

"Cebheinfo.az" 

Избранный
23
17
cebheinfo.az

10Источники