RU

İstehsal çökür, ixrac azalır: Azərbaycan iqtisadi təhlükə ilə üz-üzə

"Azərbaycanda istehsalın özü baha başa gəlir. Bizdə sənayə müəssisələri yaxud biznes üçün elektrik enerjisi, təbii qaz, su əhalidən daha baha satılır. Digər səbəblərdən biri isə odur ki, hökumət və parlament çoxlu sayıda tənzimləyici qanunlar qəbul edib. Siz bir istehsala başlamaq üçün o qədər icazələr almalısınız ki, bu artıq vətəndaşı işdən soyudur”.

Bu sözləri “Yeni Sabah”a açıqlamasında iqtisadçı Natiq Cəfərli deyib. O bildirib ki, ixrac gəlirlərinin azalmasının başlıca səbəbi neft hasilatının azalması və qiymətinin gözləntilərdən daha aşağı olmasıdır:

“Başlıca səbəb neft hasilatının azalması və qiymətinin gözləntilərdən daha aşağı olmasıdır. Bizim əsas ixrac məhsulumuz neftdir. Neftin hasilatı kəskin azalır. Məlum olduğu kimi, “OPEC+” müqaviləsi var. Azərbaycan da bunun iştirakçısıdır. Burada bütün ölkələrə neft hasil edilməsi ilə bağlı kvotalar ayrılıb. Azərbaycan heç bu kvotanı doldura bilmir. Bu da təbii ki, ixrac rəqəmlərinə təsir göstərir. İdxaldan asılılığımız isə həmişə olub. Sadəcə 2 məsələyə görə idxalda da müəyyən artım müşahidə olunur. Birinci məsələ odur ki, biz Qarabağ və Şərqi Zəngəzurun tikintisi, təmiri və infrastruktur layihələri getdikcə artır. Bu layihələrə xaricdən daha çox məhsullar alınır. Bütün bunlar idxalı artıran amillərdir. İkinci amil isə ondan ibarətdir ki, gömrükdə “ağarma” artıb. Əvvəl ölkəyə gətirilən məhsulların bir qismi rəsmiləşdirilmirdi. İndi demək olar ki, tamamına yaxını rəsmiləşdirilir. Bu rəsmiləşdirmə artdıqca, təbii ki, idxal rəqəmlərində də yüksəliş görürük”.

Ekspert vurğulayıb ki, ölkədə özü olduqca baha başa gəlir:

“Azərbaycanda istehsalın özü baha başa gəlir. Bizdə sənayə müəssisələri yaxud biznes üçün elektrik enerjisi, təbii qaz, su əhalidən daha baha satılır. Digər səbəblərdən biri isə odur ki, hökumət və parlament çoxlu sayıda tənzimləyici qanunlar qəbul edib. Siz bir istehsala başlamaq üçün o qədər icazələr almalısınız ki, bu artıq vətəndaşı işdən soyudur. İnsanlar istehsalla məşğul olmaq istəmirlər. Çünki ifrat tənzimləmə qaydaları qəbul olunub ki, bu da Avropa Birliyinin çox pis örnəyidir. Üçüncü səbəb odur ki, Azərbaycanda kreditlər çox bahadır. Siz istehsalla məşğul olmaq istəyirsinizsə, uzunmüddətli və aşağı faizli, ucuz kreditlərə çıxış imkanlarınız olmalıdır. Azərbaycanda uzunmüddətli və ucuz kreditlər yoxdur. İş adamlarına 18-20 faizlə istehsal krediti götürmək sərf etmir. Bütün bu səbəbləri üst-üstə qoyanda Azərbaycanda hətta primitiv istehsalın belə çox zəif olduğunu görürük. Bu da iqtisadiyyata münasibətin kökündən dəyişməsini tələb edir. Bizdə ciddi təşviq proqramları olmalıdır”.

Избранный
25
3
demokrat.az

4Источники