BAKI, 17 sentyabr. TELEQRAF
Ötən il ərzində Azərbaycanda aktiv vergi ödəyicilərinin ümumi sayı 806.916 nəfər təşkil edib.
Teleqraf xəbər verir ki, bu barədə Dövlət Vergi Xidmətinin 2024 -cü il üzrə hesabatında qeyd olunub.
Hesabata əsasən , aktiv vergi ödəyicilərinin 17,3 faizi və ya 139.590-u hüquqi şəxslər, 82,7 faizi və ya 667.326-sı isə fiziki şəxslərdir.
Qeyd edək ki, iqtisadi fəallığın əsas göstəricilərindən biri olaraq, 2024-cü il ərzində aktiv vergi ödəyicilərinin sayı 5,9 faiz, 2018-ci illə müqayisədə isə 82,6 faiz artıb.