RU

Çində uçan maşınlar havada toqquşdu - FOTO

Çinin Çançun şəhərində Çin istehsalı Xpeng markalı iki uçan avtomobil təlim zamanı toqquşub.

Gundem.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Məlumatda bildirilir ki, iki eVTOL bir-birinə çox yaxın uçduqlarına görə toqquşublar.

Qeyd edək ki, eVTOL (electric Vertical Take-Off and Landing) elektriklə işləyən, şaquli eniş və qalxış edə bilən hava nəqliyyat vasitəsidir. Onlar əsasən şəhər hava nəqliyyatı, qısa məsafəli sərnişin daşıması və hava taksiləri kimi nəzərdə tutulur.

Xpeng eVTOL Çin şirkəti Xpeng tərəfindən hazırlanır. O, sərnişin daşınması üçün nəzərdə tutulub və urban hava taksi konsepsiyasına yönəlib. Amma hələ də tədqiqat və test mərhələsindədir, ticarət istifadəsi məhduddur.

 

Избранный
26
2
gundem.az

3Источники