RU

Azərbaycan diasporu rəhbərinin Rusiya vətəndaşlığı ləğv olundu

Moskva Azərbaycanlılarının Milli Mədəni Muxtariyyətinin sədri Bəxtiyar Həsənovun Rusiya Federasiyası vətəndaşlığı ləğv edilib.

KONKRET.az apa-ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın “Teleqram” kanalları məlumat yayıb.

Bildirilib ki, diaspor rəhbərinin RF pasportu ləğv edilib.

Onun 2000-ci illərdə Rusiya vətəndaşlığı əldə etdiyi qeyd olunub.

Qeyd edək ki, Bəxtiyar Həsənov 2022-ci ildə Moskva Azərbaycanlılarının Milli Mədəni Muxtariyyətinin sədri seçilib.

Избранный
28
17
konkret.az

10Источники